Ulduzlara UzanmaqBaşqa bir yorğunluq var sanki bu gün ruhumda,
Bir şəhər var, adını unutmuşam, xatırlat adını, çıxım gedim.
Gəlib indi dizlərində uzanmaq var idi, ulduzlara baxışlarınla baxışa da bilərdim halbuki.
Amma mən yüklənib ayaqlarıma evə gedirəm, əlimdə də bir kilo alma.
Bəxt üzükləri tək tərəfli, nəfəslərim daxilə bir quru can saxladın Tanrı!
Deyəsən özün çevirirsən məni Sufiyə.
Necə də çıxardardım əynimdən bütün inanclarımı, ulduzlara yaslamaq üçün başımı,
Dizlərinə gələrdim..